Skip to content
idrak

Mötədillik və insanlar arasında əlaqə və münasibətlər
(Camal Bədəvi)

İslam Yer üzərində insanın həyatını tənzim etmək üçün əhatəli və mükəmməl bir təsisatdır. İslam həm bəndənin Allahla olan əlaqəsini, həm də insanın Allah-Təalanın xəlq etdiyi digər məxluqatla əlaqəsini tənzim eləmək məqsədi güdür.
İnsan məxluqatın ən şərəflisi olduğundan təbii ki, İslam da daha çox insanın istər ailə, istərsə də cəmiyyət, dövlət, ümmət və bəşəriyyət səviyyəsində qurduğu əlaqə və münasibətlərə diqqət yetirir.
İslam bütün aləmi əhatə edən bir din olduğundan onun sülh və müharibə şəraitində müsəlmanın qeyri-müsəlmanlarla əlaqəsini düzgün istiqamətləndirib nizama salması da nəzərdən qaçırılmamalıdır. Məhz buna görə də, İslam alimləri hələ keçmişdən başlayaraq müasir dövrümüzədək bu problemlə bağlı ehkamlarla maraqlanmış, onların bəziləri düzgün nəticə çıxarmış, bəziləri xəta yapmışlar. İnşallah onların hər biri öz zəhmətinin bəhrəsini görəcəkdir.
Bizim fikrimizcə, vaxtilə bu məsələlər barədə səhv mülahizələr yürütmüş alimlərin yapdığı xətalar indi İslama qara yaxanların, onun bir din olaraq mahiyyətini ya bilərəkdən, ya da cahillikləri ucbatından təhrif edənlərin dəyirmanına su tökməkdədir. Xüsusilə, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra nifrət, zorakılıq, günahsız insanların öldürülməsi kimi halların İslam təlimlərinin təhrif olunmasından deyil, onun öz mahiyyətindən, Müqəddəs Kitabından qaynaqlandığını bil¬dirən səslər ucaldı. Belə bir fikir formalaşdırılmağa başladı ki, guya İslam öz-özlüyündə bəşəriyyətin həyatına, dünyada sülhə bir təh¬lükədir. Guya beynəlxalq terror adlandırılan mənfur bir halı yaradan da İslamdır.
Bu araşdırmadan məqsəd müsəlmanın qeyri-müsəlmanlarla müna¬sibəti problemi ətrafında yaranan bir çox şübhələrə son qoymaqdır. Tədqiqat prosesində bu şübhələrin, o cümlədən, pis bir niyyət güdməsələr də müsəlmanların özləri tərəfindən rəvac verilən yanlış mülahizələrin qaynaqlandığı mənbələr dərindən təhlil edilir.

 

Bizim kitablarımızı aşağıda göstərilən ünvanlarda əldə edə bilərsiniz:

AKADEMIYA Kitab mərkəzinin mağazası Bakı şəhəri, Əziz Əliyev 13 Tel: 497 87 73
MUSLİM SHOP Bakı şəhəri, Təbriz küç. 12 Tel: 496 01 28
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İŞLƏR İDARƏSİNİN KİTAB EVİ Tel: 596 74 31/32
AKADEMKİTAB İstiqlaliyyət 51 Tel: 492 57 93





 
 

Nəşr olunacaq kitablar

 

Коран и глобализация (Эльмир Кулиев) 

 

Статус женщины в исламе и мировых законодательствах (Салим Бахнасави) 

 

Пять направлений Корана (Мухаммад аль-Газали)

 

Ислам между востоком и западом (Алия Изетбегович)

 

Кризис СПИДа (Малик Бадри) 

 

 




Nəşrlərimiz

   
   
   
   
   

Digər Kitablar

Elan

IDRAK’ Ictimai Birliyi elmi araştırmalar aparmasına kömək qöstərmək məqsədi ilə ən yaxşı elmi iş üzrə müsabiqə e’lan edir  Ətraflı

Ziyarətçilər

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün9
mod_vvisit_counterBu ay365
mod_vvisit_counterCəmi26779