Skip to content
idrak

Mötədillik şəriət və mədəniyyət məsələsi kimi
(Vəhbə əz-Zuheyli)

Maddi-mənəvi dəyərlərin sarsıldığı, meyarların alt-üst olduğu, ədalət, xeyirxahlıq və barış yolunda dolanbacların yarandığı müasir dövrümüzdə istilahların düzgün müəyyənləşdirilməsi, onların məzmun və mənasının açılıb izah edilməsi olduqca böyük aktuallıq kəsb edir.
Heç bir şübhə yoxdur ki, ümmətimizin hazırkı durumu ilə bağlı ən vacib məsələ mötədillikdir (ərəbcə «vasatiyyə»). Bu anlamın istər şəriət və qanunvericilik, istərsə də əqli, ideoloji və elmi-nəzəri baxımdan sərhəd¬lərinin müəyyənləşdirilməsi günün ən vacib məsələsi olaraq qalır; Çünki bu şəriətin bizə buyurduğu bir yol, xeyir umduğumuz bir istiqamətdir. Ümmətimizin mədəni varlığı mötədillik üzərində bərqərar olub.
İdeoloji proseslərin bir yandan ekstremizm və zorakılıq, digər yandan da təslimçilik və səhlənkarlıq arasında ləngər vurduğu bir vaxtda bir an dayanıb hər şeyə yenidən nəzər salmağımız, məfhumların məruz qaldığı təhriflərə düzəliş verməyimiz, düz yoldan sapınmış mövqeləri hidayətə yönəltməyimiz gərəkdir. Məhz bu səbəbdən də Kuveyt dövlətinin Vəqflər və İslam İşləri Nazirliyi bir məfhum və yaşam tərzi olaraq mbtədillik məsələsinə xüsusi qayğı göstərdi. Bu məsələ nazirliyin plan və proyektlərində, fəaliyyət istiqamətində mühüm yer tutdu.
Nazirliyin mötədillik məsələsinə xüsusi diqqət və qayğısının nəticəsi olaraq Ümumdünya Mötədillik Mərkəzi yarandı. Mərkəzin yaradıl¬ma¬sında əsas məqsəd ümmətin mədəni yüksəliş yoluna işıq salmaq, bir istilah, məfhum, prinsip və meyar olaraq mötədilliyin həyatın bütün sahələrində dərin kök salmasına nail olmaq, müxtəlif alimlərin və İslam missionerlərinin cəlb olunduğu ideoloji və metodoloji araşdırmalar aparmaq, şəriət ehkamlarının möhkəm, dəyişməz prinsiplərini rəhbər tutan, eləcə də əsrin tələblərinə cavab verən, sıralarımızı, birliyimizi möhkəmləndirən, irs və mənbələrdən qidalanan, müxtəlif istiqamətlərə yönəlmiş addımları yaxınlaşdıran, eyni zamanda fikir plyuralizmini də rədd etməyən, mədəni inteqrasiyanın hüdudlarının genişləndirən, insanlar arasında sağlam, hər bir kəsin öz mənliyini qoruyub saxlamaqla müsbət əməkdaşlığın tələblərinə uyğun, ədalətli münasibətlərin formalaşmasına qayğı göstərən ümumi bir dünyagörüşünün yaranmasına nail olmaqdır.
İdeoloqların, elm adamlarının və İslama dəvət əhlinin səyi ilə hazırlanan «Mötədil ümmət silsiləsi» məhz kökə bağlılığı və zəmanə ilə ayaqlaşmağı əsas bilən bir metodologiyanın möhkəmlənməsinə yönəl¬mişdir. Bu silsiləni hazırlayanlar onun mədəni proseslərdə bir tarazlıq yaradacağına, ümid bəsləyir, kökdən qaynaqlanmaqla yanaşı müxtəlif ideya və məfhumların yetişməsinə rəvac verən fikir və rəy plyuralizminin də güclənməsini arzulayırlar. Biz bu silsiləni oxucunun öhdəsinə buraxır, ondan öz dəyərli fikirlərini bu xoş məram yolunda əsirgəməməsini, bizimlə əlaqə yaratmasını, söhbətlər aparmasını diləyirik.
Allah bütün niyyətlərdən xəbərdardır. Hidayətə yönəldən də Odur.


Prof. doktor İsam əl-Bəşir
Ümumünya Mötədillik Mərkəzinin baş katibi

Bizim kitablarımızı aşağıda göstərilən ünvanlarda əldə edə bilərsiniz:

AKADEMIYA Kitab mərkəzinin mağazası Bakı şəhəri, Əziz Əliyev 13 Tel: 497 87 73
MUSLİM SHOP Bakı şəhəri, Təbriz küç. 12 Tel: 496 01 28
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İŞLƏR İDARƏSİNİN KİTAB EVİ Tel: 596 74 31/32
AKADEMKİTAB İstiqlaliyyət 51 Tel: 492 57 93













 
 

Nəşr olunacaq kitablar

 

Коран и глобализация (Эльмир Кулиев) 

 

Статус женщины в исламе и мировых законодательствах (Салим Бахнасави) 

 

Пять направлений Корана (Мухаммад аль-Газали)

 

Ислам между востоком и западом (Алия Изетбегович)

 

Кризис СПИДа (Малик Бадри) 

 

 




Nəşrlərimiz

   
   
   
   
   

Digər Kitablar

Elan

IDRAK’ Ictimai Birliyi elmi araştırmalar aparmasına kömək qöstərmək məqsədi ilə ən yaxşı elmi iş üzrə müsabiqə e’lan edir  Ətraflı

Ziyarətçilər

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün10
mod_vvisit_counterBu ay366
mod_vvisit_counterCəmi26780